Sizə Necə Kömək edə Bilərik?

Sign in

Uğursuz Kart Ödənişi

Əgər gedişdən sonra ödənişin baş tutmadığı haqqında e-mail əldə edirsinizsə, burada bir neçə səbəb olar (Bolt adətən xüsusi bir səbəb qeyd etmir).

Məsələni həll etmək üçün aşağıdakıları yoxlayın:

  • Kartınızda gediş haqqını ödəmək üçün kifayət qədər vəsait olduğunu
  • Kartınızın etibarlılıq müddətini
  • Kartınızın online ödənişlər üçün aktiv olub-olmadığını
  • Online ödənişlər üçün nəzərdə tutulan aylıq limiti keçmədiyinizi

Uğursuz ödənişi həll etmək üçün aşağıdakıları təklif edirik:

  • Daha ətraflı məlumat üçün bankınıza və ya kredit kartı şirkətinə müraciət edin
  • Onları məbləğ haqqında məlumatlandırın və gediş bitdikdən sonra əməliyyatın keçirilməsinə icazə verin

Bankınız və ya kredit kartı təqdim edən şirkət əməliyyatın yenidən cəhdini təsdiq etdikdən sonra aşağıdakı addımları izləməklə tətbiqetmədə Yenidən Cəhd et seçimini istifadə edə bilərsiniz:

  • Tətbiqetməni açın
  • Ödənişlər bölməsini seçin
  • Balansında vəsait olan aktiv kartı seçin

Əgər hələ də problem davam edirsə, tətbiqetmədə Dəstək Bölməsinə müraciət edin.

Qeyd:

  • Borc ödənilmədiyi təqdirdə kart vasitəsilə yeni bir sifariş edə bilməyəcəksiniz
  • Yenidən Cəhd et funksiyası yalnız Android ƏS cihazlarda tətbiqetmə versiyası 4.46-dan yuxarı olmayan iOS ƏS cihazlarda tətbiqetmə versiyası 3.66-dan yuxarı olmayan cihazlarda aktivdir.
  • Kimlik və vəsaitinizi qorumaq üçün hər hansı saxta və ya şübhəli fırıldaqçılıq əməliyyatları zamanı kart ödənişini blok edə bilərik.
Bu məqalə faydalıdırmı?