Avtorizasiya
Bolt hesabına ödəmə metodu üçün kart daxil edərkən və yaxud sifariş verdiyiniz gedişin ödəmə metodunu karta keçirmək istədikdə bank hesabınıza məbləğ çıxarışı haqqında sorğunun gəldiyini görə bilərsiniz . Həmin sorğunun həqiqi pul çıxarışı olmadığını və avtorizasiya üçün nəzərdə tutulduğunu öyrənməyinizi istərdik.
Bolt, kartınızın etibarlılığını yoxlamaq (saxta və ya icazəsiz istifadənizi minimuma endirmək kimi)qarşısını almaq üçün müvəqqəti kart yoxlanışını və kart məlumatını bu məqsədlə (avtorizasiyanı) həyata keçirir. Bu əməliyyatların yalnız ödəniş metodunuzun doğruluğunu yoxlamaq üçün edildiyini anlamağınızı sizdən xahiş edirik. Təsdiqlənmə baş verən kimi həmin çıxarılmamış qəbzlər sizin bank hesabınızdan ləğv ediləcəkdir.
Gediş baş tutduqdan sonra həmin hesabda tutulan məbləğ gediş haqqına konvertasiya edilərək bank hesabınızdan əlavə heç bir məbləğ tutulmur .Əgər sifariş ləğv edilərsə, avtorizasiya məbləği birbaşa olaraq ləğv edilir.Nəzərə alın ki, avtorizasiya versiyasının yenilənməsi bankınızdan asılı olaraq bir neçə iş günü ərzində çəkə bilər. Ətraflı məlumat üçün bankınızla əlaqə saxlayın.
Şəhərdənkənar (ölkədənkənar) ərazilər və ya üç ünvanlı istiqamət haqqı
Sizin kredit və ya debet kartınızın emitenti( yəni bank şirkəti) həm yerli valyutaya uyğun və sizin seçdiyiniz ödəmə metoduna , hansı ölkədə gediş etdiyinizdən asılı olaraq nəticəni gediş haqqının içərisində tətbiq edir. Əgər sizin bankınız Bolt təşkilatının fəaliyyətini beynəlxalq dərəcədə tanıyırsa sizin bank kartınız ölkədən kənar çıxdığınız anda həmin ölkə valyutasına uyğun olaraq sifariş üzrə təyin edilən məbləği hesabınızdan gediş haqqı daxilində çıxara biləcəkdir.
Əgər bank hesabınızdan artıq tutulan məbləğ və ya Bolt məxaricinin üzərində göstərilən məbləğdən fərqli gediş haqqı aşkar olunarsa , zəhmət olmasa bankınızla əlaqə saxlayın.