Sizə Necə Kömək edə Bilərik?

Sign in

Ödəniş Metodunun Seçilməsi və ya Əlavə edilməsi

Siz Bolt gedişlərinizi həm nağd, həm də korporativ ödəmə, bank kartları (debet və ya kredit) ilə edə bilərsiniz

Bir kart əlavə etmək və ya ödəniş metodunuzu dəyişdirmək istəyirsinizsə, bu sadə addımlara nəzər salın:

  • Əsas menyuya daxil olun (yuxarı sol küncdə)
  • Ödənişlər yazısına daxil olun
  • Kart Əlavə et bölməsini seçin
  • Manual olaraq və ya skan edərək kartı əlavə edin
  • Kartınızın son istifadə tarixini və CVV kodunuzu daxil edin (kartınızın arxasındakı üç rəqəm)

İndi iki ödəniş metodunuz var ki, istənilən birini istifadə edə bilərsiniz:

  • Ödənişlər bölməsinə keçin
  • İstədiyiniz ödəniş metodunun üzərinə klikləyərək seçin

Qeyd:

  • Kart ödənişini seçmisinizsə heç bir halda nağd ödəniş etməyin
  • Bütün məlumatlar təhlükəsiz formada saxlanılır, şifrələnir və gizli qalır
  • Əgər kart əlavə edən zaman çətinlik yaranarsa Kart Əlavə edilmədi məqaləsinə nəzər salın.
Bu məqalə faydalıdırmı?