Sizə Necə Kömək edə Bilərik?

Sign in

Sürücü hesabım şübhəli fəaliyyətə görə bloklanıb

Əgər hesabınız şübhəli fəaliyyətə görə bloklanıbsa:

  • Online ola bilməyəcəksiniz
  • Əgər səbəb varsa, tələb olunan addımlar tətbiqdə qeyd ediləcək
  • Hesab müvvəqəti dayandırılıbsa, yenidən aktiv olma tarixi və ya vaxt qrafiki tətbiqdə qeyd olunacaq
  • Əgər bloklanma ilə bağlı hər hansı tarix və ya vaxt qrafiki qeyd olunmayıbsa, bu o deməkdir ki, hesabınız həmişəlik dayandırılıb.

Zəhmət olmasa, qeyd edilənləri nəzərə alaraq müvafiq addımlara uyğun prosesi davam etdirin.


Hesabınız həmişəlik bloklanıb

Bu vəziyyətə uyğun olaraq aşağıdakıları izləyin:

  • Etibarsız və ya vaxtı bitmiş sənədlər: tələb olunan və etibarlılığı yenilənmiş sənədləri Sürücü Portalı vasitəsilə profilinizə yükləyin.
  • Gediş zamanı təhlükəli və ya zərərli davranış olduqda ( aşağı sürücü balı ): Dəstək Bölməsi ilə əlaqə saxlayaraq hesabınızın bloklanması barədə etirazınızı bildirə bilərsiniz. Müraciətiniz nəzərdən keçiriləcək və yoxlamanın nəticəsi barədə müraciət etdiyiniz e-mail ünvanınız və ya tətbiqetmə üzərindən bildiriş əldə edəcəksiniz.

Hesabınızın bloklanması ilə bağlı tətbiqetmə daxilində olan bildirişdə hər hansı təlimat qeyd olunubsa, bloklanmanın ləğv edilməsi üçün qeyd edilən təlimatları yerinə yetirin.

Hesab müvəqqəti olaraq bloklanıb

Hesabınızın bloklanmasının ləğv edilməsi üçün müvafiq təlimatları yerinə yetirin:

  • Aşağı reytinq: hesabın bloklanması avtomatik və ya müvafiq təlimatlandırma tamamlandıqdan sonra aktiv ediləcək.
  • Hər hansı davranış pozuntusu: bu zaman hesabın bloklanması avtomatik olaraq, Dəstək Bölməsinə müraciətdən sonra əməkdaş tərəfindən araşdırılma aparıldıqdan sonra və ya bloklanma səbəbi ilə bağlı müvafiq təlimatlandırılma başa çatdıqdan sonra hesabınız aktivləşdiriləcək.
  • Şübhəli fəaliyyət: hesabın bloklanması müəyyən müddətdən sonra avtomatik olaraq dayandırılacaq. Bloklanma müddətinin bitmə tarixini tətbiqetmədə görə bilərsiniz.
  • Gediş zamanı təhlükəli və ya zərərli davranış ( aşağı sürücü balı ): hesabınız bloklandıqdan sonra 2 iş günü ərzində hesab Bolt komandası tərəfindən araşdırılacaq və siz araşdırmanın nəticələrini e-mail və ya tətbiqetmə üzərində əldə edəcəksiniz.

Hesabın bloklanması ilə bağlı tətbiqetmə daxilindəki bildirişdə hər hansı təlimat qeyd olunubsa, verilən bu təlimatı yerinə yeririn.

Hər hansı köməyə ehtiyacınız varsa, zəhmət olmasa, tətbiqetmə üzərindən Dəstək Bölməsinə müraciət edin.

Bu məqalə faydalıdırmı?