Sizə Necə Kömək edə Bilərik?

Sign in

Aktivlik Xalının Hesablanması

Sizin aktivlik xalınız gündəlik sürücülük  fəaliyyətinə əsasən tənzimlənir. Aktivlik xalı son 80 sifariş əsasında hesablanır və hər sifarişdə yenilənir.

Seçdiyiniz radius daxilində hər bir səfəri qəbul etsəniz və uğurla başa çatdırarsanız, sifarişləri rədd etmədiyiniz və ya ləğv etmədiyiniz müddətdə fəaliyyət xalınız artacaqdır. Sifarişləri ləğv etsəniz və ya ötürsəniz, hesabınız avtomatik olaraq sistem tərəfindən bloklana bilər.

Aktivlik xalını yoxlamaq üçün:

  • Diyircəyi Əsas səhifəyə aparın
  • Fəaliyyət bölməsinə keçin

Burada 3 fərqli bölmə var:

  • Saatlar bölməsi sizə  gözləmə və səfərdə olduğunuz vaxtları göstərir
  • Gedişlər bölməsi sizə gələn sifarişlərdən tamamlanmış olanların sayını göstərir. Nəticələrə xal dairəsinə toxunaraq faiz və say olaraq baxa bilərsiniz.
  • Ləğv etmələr bölməsi ən son imtina edilmiş 50 sifarişin səbəbini və fəaliyyətinizin necə artırılması üçün məsləhətləri göstərir

Bütün bu bölmələr cari həftəni, ötən həftəni və son 3 ayın infrormasiyasını göstərmək üçün dəyişdirilə bilər. Siz eyni zamanda, mavi şara toxunmaqla müxtəlif günləri ayrıca görə bilərsiniz.

Qeyd: 

  • Sərnişin görünmədikdə 5 dəqiqə sonra Müştəri Görünmədi səbəbi ilə sifarişdən imtina etmək sizin aktivlik xalınıza təsir göstərməyəcəkdir.
  • Yadda saxlayın ki, qəbul dərəcəsi ilə aktivlik xalı eyni deyil. Daha ətraflı məlumat üçün Qəbul Dərəcəsi məqaləsinə nəzər salın.
Bu məqalə faydalıdırmı?