Sizə Necə Kömək edə Bilərik?

Sign in

İcazəsiz Ödənişlər

Əgər kartınızdan naməlum formada pul çıxılması müşahidə etmisinizsə, Bolt ilə əlaqə saxlamazdan əvvəl aşağıdakı addımları izləyin.

İlk növbədə vəsaitin Bolt tərəfindən silindiyindən əmin olun

Bank çıxarışında Bolt tərəfindən çıxılma olub olmadığını yoxlaya bilərsiniz. Ödəniş başqa bir xidmət provayderindən gəlirsə, lütfən bankınıza və ya müvafiq olaraq vəsaitin silindiyi xidmətə müraciət edin.

İcazəsiz silinmələrə səbəb ola biləcək addımlar :

  • Ailə üzvləriniz və ya dostlarınız sizin kartınızdan istifadə edirsə: əgər onlar sizin kartınız, cihaz və ya Bolt profilinizə çıxışı varsa, onlar sizin məlumatlarınız ilə gediş etmiş ola bilər.
  • Avtorizasiya məbləği: bu faktiki ödəniş deyil, yalnız sifarişdən əvvəl balansınızı və kartınızın aktivliyini yoxlamaq üçün istifadə olunan müvəqqəti tutulmadır. Avtorizasiya məbləği hər ölkədə fərqli formada çıxıla bilər. Bəzi şəhərlərdə sabit qiymətlər ilə əlaqədar olaraq yekun gediş haqqı öncədən bron edilə bilər.. 
  • Öncəki borclar: bəzən yetərsiz balans, texniki səbəblər və ya Bankdan asılı olaraq biz sizin balansınızdan vəsaiti həmin an silə bilmirik, bu zaman gediş haqqı sistemdə borc kimi qeydə alınır və növbəti cəhdlərdə balansınızdan silinir.

Yuxarıda qeyd olunanlar sizə kömək etmədisə, bizimlə dəstək bölməsində əlaqə saxlayın.

Bu məqalə faydalıdırmı?