Sizə Necə Kömək edə Bilərik?

Sign in

Çatdırılma Kateqoriyasından Sifariş

Şəhər daxilində kiçik bir bağlama çatdırmaq lazımdırsa, Bolt tətbiqetmənizdə çatdırılma kateqoriyasından istifadə edə bilərsiniz.

İstifadə etmək üçün aşağıdakı addımları izləyin:

  • Bolt tətbiqetməsini açın
  • Sifariş edin və Delivery kateqoriyasını seçin
  • Sürücü ünvana gəldikdə, bağlamanı verin və ehtiyac yaranarsa, daha çox məlumat verin
  • Sürücüyə təhvil alacaq şəxsin əlaqə nömrəsini təqdim edin
  • Təhvil alan şəxs ilə tətbiqetmə vasitəsilə gedişinizi paylaşmağınız məsləhət görülür.
Əlavə məlumat:
  • Sürücülərimiz qapıya çatdırılma və kuryer xidməti göstərmir
  • Təhvil alan şəxs sürücü çatdıqdan sonra 5 dəqiqə ərzində qarşılama nöqtəsinə gəlməlidir. Əgər görünməzsə və ya zənglərə cavab verməzsə, sürücü gedişi bitirmədən bağlamanı göndərən tərəfə geri qaytaracaq və xidmət haqqı tutulacaqdır.
  • Əgər bağlamanın alıcıya çatdırılması mümkün olmazsa, sürücü bağlamanı sifarişçiyə geri qaytarmağa məsuliyyət daşıyır.

Bağlama Tələbləri

Sifariş etmədən öncə, xahiş olunur, bağlama üçün olan tələblər ilə tanış olun:
  • Bağlamanın ölçüləri maksimum 65x55x40 sm olmalıdır
  • Bağlamanın ölçüsü baqaj yerinə və ya avtomobil oturacaqlarına uyğun olmalıdır
  • Bağlama təmiz olmalıdır
  • Ərzaq məhsullarının, alkoqollu içkilərin, heyvanların, əsginazların, silah-sursatların, narkotik və psixotrop maddələrin və dəyəri 400AZN-dən yuxarı olan bağlamaların çatdırılması qadağandır.

Qeyd:

  • Əgər bağlamanın ölçüsü tələblərdə qeyd ediləndən artıqdırsa, sifarişin təsdiqlənməsindən dərhal sonra sürücü ilə əlaqə saxlayın və çatdırılma üçün sürücünün razılığını əldə edin. Sürücü sifarişi ləğv edə bilər. Əgər siz əvvəlcədən sürücü ilə əlaqə saxlamamısınızsa, sifarişin ləğv edilməsi üçün məbləğ tətbiq oluna bilər.
  • Bolt sürücü tərəfindən çatdırılan bağlamanın itirilməsi, oğurlanması, zədələnməsi və ya yanlış istifadəsi üçün məsuliyyət daşımır, lakin bu vəziyyətin həllini tapmaq üçün mümkün qədər tez dəstək xidmətimizi məlumatlandırmanız məsləhət görülür.
  • Ətraflı məlumat üçün qaydalar və şərtlərlə tanış olun. Əlavə suallarınız yaranarsa, zəhmət olmasa, tətbiqetmədə Dəstək Bölməsi ilə əlaqə saxlayın.
Bu məqalə faydalıdırmı?